İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan xəbər var - FOTO

Xəbər verdiyimiz kimi, avqustun 22-də Kamçatkadakı Ploski Tolbaçik vulkanı ərazisində güclü yağışlar nəticəsində avtomobil yolunu su yuyub aparması nəticəsində nəqliyyat vasitələri ilə təbiət mənzərəsini görməyə gələn turistlər xarici aləmdən təcrid olunublar. Kamçatka vulkanları” təbiət parkının ərazisində təcrid vəziyyətində qalanlar arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də olub.

Bu gün Dolivets turistlərin təxliyə olunduğunu bildirib.

“Fövqəladə Hallar Nazirliyinin helikopterini gözləyirik. 100-ə yaxın adam təxliyə olunur. Təşvişli gecə idi. Lakin sevimli ölkəmin sevimli vətəndaşlarının diqqəti məni çox təsirləndirdi. Azərbaycan – təşəkkür edirəm”, – deyə o yazıb.|KONKRET.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR