İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa sarayında 26 illik sirr açıldı - şahzadənin gizli oğlu rəsmən tanındı - FOTO

Belçika kral ailəsinin 26 il gizli qalan sirri açılıb. Şahzadə Laurent-in nikahdankənar oğlu rəsmən tanınıb və şahzadə titulu əldə edib.

Musavat.com xəbər verir ki, 26 yaşlı Clément Vandenkerckhove Belçika kralı Philippe-in kiçik qardaşı şahzadə Laurent ilə müğənni və keçmiş model Wendy Van Wanten – əsl adı Iris Vandenkerckhove – arasındakı münasibətdən dünyaya gəlib.

Laurent və Wendy Van Wanten 1990-cı illərdə münasibətdə olublar. Clément isə 2000-ci ilin avqustunda dünyaya gəlib.

Clément atasının kim olduğunu 16 yaşında öyrənib. Sonralar verdiyi müsahibələrdə o, həqiqəti bildikdən sonra bunu gizli saxlamağın onun üçün asan olmadığını söyləyib. Təxminən 20 yaşında isə bioloji atası ilə əlaqə qurmağa başlayıb.

Daha sonra aparılan DNA testi Laurent ilə Clément arasındakı bioloji qohumluğu təsdiqləyib. Şahzadə Laurent 2025-ci ilin sentyabrında Clément-in onun oğlu olduğunu ictimai şəkildə açıqlayıb.

Bunun ardınca ata və oğul atalığın hüquqi baxımdan rəsmiləşdirilməsi üçün müvafiq prosedurları həyata keçiriblər. Beləliklə, illərlə Belçika mediasında müzakirə olunan məsələ artıq təkcə DNA nəticəsi ilə deyil, hüquqi baxımdan da təsdiqini tapıb.

Rəsmi tanınmadan sonra Clément Belçika şahzadəsi titulunu daşımaq hüququ qazanıb. O, həmçinin atasının qanuni varislərindən biridir və Laurent-in digər övladları ilə birlikdə onun şəxsi mirasından pay almaq hüququna malikdir.

Lakin Clément-in şahzadə kimi tanınması ona Belçika taxtına varislik hüququ vermir. O, taxta varislik sırasına daxil edilməyəcək. Həmçinin kral ailəsinin rəsmi təmsilçilik vəzifələrini yerinə yetirməyəcək və bu statusa görə dövlətdən maliyyə təminatı almayacaq.

Clément atasının Saxe-Coburg soyadını götürmək imkanına malik olsa da, Vandenkerckhove soyadını saxlamağa üstünlük verdiyini bildirib. O, bu qərarını onu böyüdən anasına bağlılığı ilə izah edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR