İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan İrana görə "Patriot"ları döyüşə HAZIRLAYIR

Yunanıstan Müdafiə Nazirliyindəki mənbələrə istinadən "Kathimerini" qəzetinin verdiyi məlumata görə, ölkə hərbi rəhbərliyi Suda hərbi bazası zonasında hava hücumundan müdafiəni gücləndirmək məqsədilə "Patriot" HHM kompleksini Karpatos adasından Krit adasına köçürüb.

Musavat.com xəbər verir ki, nəşrin məlumatına görə, Karpatosda yerləşdirilmiş "Patriot" batareyasının Krit adasına transferi ilə bağlı qərar İranın yüksək rütbəli rəsmilərinin Avropa ərazisindəki ABŞ bazalarına hücum edəcəkləri ilə bağlı hədələrindən sonra qəbul edilib.

Yunanıstanın Milli Müdafiə Nazirliyi və Milli Müdafiə Baş Qərargahı keçən həftənin əvvəlindən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu addım təhlükə səviyyəsinin qiymətləndirilməsindən və Yunanıstan ərazisindəki kritik vacib obyektlərin və infrastrukturun mühafizəsi üçün mümkün tədbirlərin nəzərdən keçirilməsindən sonra atılıb. "Mövcud məlumatlara görə, sistemin çıxarılması sübh saatlarında baş tutub və yaxın bir neçə saat ərzində o, Suda bazası zonasında döyüş mövqeyinə gətiriləcək", - deyə qəzet yazır.

Hava hücumundan müdafiə raketlərinin Kritə qaytarılması qərarı İran arsenalının imkanlarının qiymətləndirilməsi ilə şərtlənib. "Kathimerini" qeyd edir ki, müttəfiqlərin Afinaya ötürdüyü məlumatlara əsasən, Tehran hələ də 2000 km-dən çox mənzilə malik kifayət qədər ballistik raket ehtiyatına sahibdir. Bu raketlər Cənub-Şərqi Avropadakı bazaları və infrastrukturu vurmaq gücündədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR