İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın hərbi təyyarələri Tel-Əvivdən havaya qalxdı

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tanker təyyarələri Tel-Əvivdən havaya qalxıb.

Musavat.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə və hərbi aviasiyanı izləyən mənbələrdə məlumatlar yayılıb.

Qeyd edək ki, havaya qalxan tanker təyyarələri havada yanacaq doldurma əməliyyatları üçün istifadə olunur. Bu cür təyyarələrin aktivləşməsi adətən hərbi aviasiyanın intensiv fəaliyyət göstərdiyi dövrlərdə müşahidə edilir.

Hadisə İran-İsrail gərginliyinin yenidən kəskinləşdiyi və qarşılıqlı raket hücumlarının davam etdiyi vaxta təsadüf edir.

 photo_2026-06-07_23-33-42.jpg (129 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR