İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın xüsusi nümayəndəsi Putindən sonra səfirliyə gəldi – Moskva danışıqlarının yeni görüntüləri yayıldı

Musavat.com xəbər verir ki, ABŞ-ın xüsusi nümayəndəsi Uitkoff Vladimir Putinlə keçirilən görüşdən sonra Moskvadakı Amerika səfirliyinə qayıdıb.

Bu barədə kadrları “İzvestiya” yayıb.

Videoda Uitkoffun xüsusi müşayiətlə səfirliyə daxil olduğu görünür. Görüşün detalları açıqlanmasa da, Rusiya mediası danışıqların “qapalı formatda”, gərgin regional və qlobal məsələlərin fonunda baş tutduğunu yazır.

Xatırladaq ki, son günlər Vaşinqtonla Moskva arasında müxtəlif mövzular üzrə intensiv diplomatik təmaslar müşahidə olunur. Analitiklər bildirirlər ki, Uitkoffun səfəri tərəflər arasında gizli gündəmin mövcudluğuna işarə edir və yaxın günlərdə rəsmi açıqlamaların veriləcəyi istisna olunmur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR