Onlayn ictimai-siyasi qəzet
ABŞ iqtisadiyyatı üçüncü rübdə 4,3 faiz böyüyərək iqtisadçıların proqnozlarını xeyli üstələyib və əvvəlki rüblərin göstəricilərini geridə qoyub.
Musavat.com xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb. Məlumata görə, ÜDM artımı əsasən səhiyyə xidmətlərinə və kompüter texnologiyalarına yönələn istehlak xərcləri hesabına baş verib. Bloomberg tərəfindən sorğulanan iqtisadçıların proqnozları 3,2 faiz bəndi ilə üstələnib. Bu, 2023-cü ilin üçüncü rübündən bəri ən yüksək göstərici sayılır.
Məqalədə qeyd olunur ki, iqtisadi artıma ixracın və dövlətin müdafiə xərclərinin artması da müsbət təsir göstərib. Eyni zamanda biznes investisiyalarında zəifləmə müşahidə olunub, idxal isə azalıb.
Jefferies şirkətinin iqtisadçısı Tomas Saymons Jefferies Financial Times-a açıqlamasında bildirib: “Üçüncü rübdə qeydə alınan artım bütün gözləntilərimizi üstələdi”. Onun sözlərinə görə, dördüncü rüb üçün artım tempinə dair gözləntilər son dərəcə yüksək səviyyəyə qalxıb.
Bu fonda ABŞ prezidenti Donald Tramp ÜDM-in proqnozlardan yüksək olmasını öz siyasətinin nəticəsi kimi təqdim edib. O, Truth Social sosial şəbəkəsində paylaşımında “Trampın iqtisadi qızıl dövrü bütün sürəti ilə davam edir, siz hələ heç nə görməmisiniz”. sözlərini yazıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ