İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İrana zərbələr endirir: ölkə boyu partlayışlar - VİDEO

ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayıb, ölkənin müxtəlif bölgələrində partlayışlar baş verir.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, Vaşinqtonun İrana qarşı hücumları artıq başlayıb. “Axios”un məlumatına görə, ABŞ rəsmiləri hücumların əsas məqsədinin Tehranı razılaşma imzalamağa məcbur etmək olduğunu bildiriblər. Bununla yanaşı, hadisələrin daha geniş hərbi eskalasiyaya səbəb ola biləcəyi də istisna edilmir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da Baş komandanın göstərişi ilə İran daxilində hədəflərə özünümüdafiə zərbələrinin endirildiyini açıqlayıb. 

photo_2026-06-11_01-51-29.jpg (98 KB)

Hazırda İranın müxtəlif bölgələrində partlayışlar baş verir. İran dövlət mediası bir neçə ərazidə güclü partlayış səslərinin eşidildiyini bildirib.  

Qeyd olunur ki, Bəndər-Abbas, Qeşm, Minab, Sirik və Həngam adasında partlayış səsləri eşidilir. 

Bundan əvvəl İran hakimiyyəti ölkənin hava hücumundan müdafiə sistemlərinə qarşı genişmiqyaslı pilotsuz uçuş aparatı hücumunun həyata keçirildiyini açıqlamışdı. Tehranın məlumatına görə, əməliyyatda İsrailin kəşfiyyat xidməti “Mossad”la əlaqələndirilən onlarla drondan istifadə olunub.

İran tərəfi iddia edir ki, hücumun məqsədi hava hücumundan müdafiə sistemlərini yükləmək, onların diqqətini yayındırmaq və sonrakı zərbələr üçün əlverişli şərait yaratmaq olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR