İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranda bu obyektləri də vurub

Yaxın Şərqdəki ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ qüvvələri İrana qarşı daha bir seriya zərbəsini uğurla başa vurub.

Musavat.com komandanlığın X hesabında açıqlanan məlumata istinadən xəbər verir ki, apreldən bəri ilk dəfə vurulan hədəflər arasında logistika mərkəzləri də var:

"ABŞ qırıcı təyyarələri, dronları və hərbi gəmiləri dəqiq idarə olunan sursatlardan istifadə edərək sahil kəşfiyyatı və hava hücumundan müdafiə qurğuları, hərbi logistika infrastrukturu və dəniz aktivləri də daxil olmaqla onlarla İran hərbi hədəfini vurub. Bu, ABŞ-ın İrana ardıcıl altıncı gecə hücumu idi".

Baş Komandanın göstərişi ilə Mərkəzi Komandanlıq qüvvələrinin İranın hərbi imkanlarını zəiflətməyə davam etdiyi və İranı kommersiya gəmiçiliyinə son hücumlara görə məsuliyyətə cəlb etdiyi vurğulanır.

Qeyd edək ki, ötən gecə Buşehr şəhərindəki, Qeşm adasındakı hərbi bazalara və Hörmüz boğazı yaxınlığında yerləşən Bəndər Abbas və Bəndər Xemir limanlarına zərbələr endirildiyi bildirilir. Bundan əlavə, ölkənin cənub-qərbindəki Əhvaz sənaye şəhərində və İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətindəki İranşəhr hava limanında partlayışlar baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR