Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüş keçirə bilərlər.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Putin və Si Cinpin bu məsələni, eləcə də ayrı-ayrılıqda ikitərəfli görüşlərin keçirilməsi imkanını müzakirə ediblər.
Uşakov bildirib ki, Si Cinpin sammitin ev sahibi kimi tədbirdə iştirak edəcək. Trampın da sammitə qatılacağı gözlənilir, Putin isə dəvət olunub. Onun sözlərinə görə, imkan yaranarsa, üç liderin birgə görüşü təşkil edilə bilər.
APEC sammitinin 18-19 noyabr 2026-cı ildə Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılır.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ