İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranda rejimi silkələməyə hazırlaşır: Trampın masasında kiberhücum və hərbi ssenarilər

ABŞ prezidenti Donald Tramp administrasiya daxilində İranda davam edən etirazlara dəstək məqsədilə bir neçə ssenarini müzakirə edir.

Musavat.com xəbər verir ki, bu barədə Axios nəşri Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonda “bütün variantlar masa üzərindədir”, lakin hazırda irəli sürülən təkliflərin böyük əksəriyyəti qeyri-hərbi xarakter daşıyır. ABŞ rəsmiləri birbaşa hərbi müdaxilə ehtimalını istisna etməsələr də, bu mərhələdə əsas diqqətin alternativ təzyiq alətlərinə yönəldiyi bildirilir.

Axios-un yazdığına görə, Trampın masasında olan əsas variantlar bunlardır:

kiberhücumlar və kiberəməliyyatlar,

informasiya və psixoloji təsir kampaniyaları,

hərbi caydırıcılıq tədbirləri və xəbərdarlıq xarakterli addımlar.

Nəşr vurğulayır ki, məqsəd İran hakimiyyətinə təzyiqi artırmaqla paralel olaraq etirazçıların mövqelərini gücləndirmək və proseslərə dolayı yolla təsir göstərməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR