İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ kəşfiyyatı binasından çıxdı

Federal Təhqiqat Bürosunun (FTB) qərargahı bağlanıb.

Musavat.com xəbər verir ki, məlumatı qurumun direktoru Keş Patel X hesabında açıqlayıb. Onun sözlərinə görə, agentlik başqa binaya köçüb: "20 ildən çox uğursuz cəhdlərdən sonra, FTB-nin Huver binasındakı qərargahını birdəfəlik bağlamaq və işçilərimizi təhlükəsiz, müasir bir müəssisəyə köçürmək planını yekunlaşdırdıq. Bu işə başlayanda vergi ödəyiciləri 2035-ci ilə qədər açılmayacaq yeni bir qərargaha təxminən 5 milyard dollar xərcləmək perspektivi ilə üzləşirdilər. Biz bu planı ləğv etdik".

Patel qeyd edib ki, qərargah bir neçə məhəllə aralıda yerləşən Ronald Reyqan binasına köçəcək: "Huver binası birdəfəlik bağlanacaq".

O, deyib ki, qərargah işçilərinin əksəriyyəti təmir işləri başa çatdıqdan sonra yeni binaya köçəcək və bəzi agentlər resursların yenidən yerləşdirilməsi siyasətinin bir hissəsi olaraq sahə tapşırıqlarına göndəriləcək.

Qeyd edək ki, FTB-nin qərargahı 1975-ci ildə tikilmiş və 1924-cü ildən 1972-ci ilə qədər ona rəhbərlik etmiş kəşfiyyat agentliyinin keçmiş direktorunun adını daşıyan J. Edgar Hoover binasında yerləşir. The Wall Street Journal qəzetinin 2023-cü ildə yazdığına görə, kompleks "dağılır və artıq son 50 ildə böyüyən bir təşkilatın ehtiyaclarını ödəmir". Medianın hesablamalarına görə, binanın tam təmiri 1,7 milyard dollara başa gələcək və 14 il çəkəcəkdi.

1998-ci ildə tikilmiş Ronald Reyqan binası ABŞ federal hökumətinin ən böyük memarlıq komplekslərindən biridir. Əvvəllər burada, digər qurumlarla yanaşı, Tramp administrasiyası tərəfindən bağlanmış ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yerləşirdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR