Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu gələcəyin mümkün müharibələrinin artıq Yer kürəsinin sərhədlərini aşa biləcəyini nəzərə alaraq yeni hərbi ssenarilərə hazırlaşır.
Musavat.com xəbər verir ki, bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib.
Onun sözlərinə görə, ABŞ ordusu yeni mühitlərdə baş verə biləcək münaqişələrə uyğunlaşmalıdır. General mümkün hərbi fəaliyyət məkanlarının “dənizin dibindən Ay ətrafındakı kosmosa qədər” uzandığını qeyd edib.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Troy Meynk kosmik məkanın müşahidə və nəzarəti üçün nəzərdə tutulan vasitələrin birbaşa orbitdə yerləşdirildiyini açıqlayıb.
ABŞ Kosmik Qüvvələrinin isə yaxın beş il ərzində şəxsi heyətinin sayını təxminən iki dəfə artıraraq 25 min nəfərə çatdırmağı planlaşdırdığı bildirilir.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ