İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa baş naziri 1939-cu ili xatırlatdı

Polşa Baş nazirindən xəbərdarlıq: "1939-cu ilin dərsini unudanlar böyük səhv edir"

Musavat.com xəbər verir ki, Polşanın baş naziri Donald Tusk ölkənin müdafiə strategiyası və Ukraynadakı müharibə ilə bağlı diqqətçəkən tarixi bəyanatla çıxış edib.

Bir tarixçi kimi Rusiyanın əsrlər boyu işğalçılıq metodlarının dəyişmədiyini vurğulayan Tusk, Mosvanın hər zaman qonşu dövlətlərə "azad etmə" bəhanəsi ilə hücum etdiyini bildirib. O, 1939-cu ildə fransız siyasətçinin mətbuatda "Qdansk üçün ölməyə dəyərmi?" sualını verdiyini və bundan cəmi bir neçə ay sonra bütün Avropanın alova büründüyünü xatırladıb. Baş nazir bu gün "bu bizim müharibəmiz deyil" deyənlərə həmin acı tarixi dərsdən nəticə çıxarmağı tövsiyə edib.

1939-cu ildə Polşanın kağız üzərindəki müttəfiqləri ilə tək qaldığını, lakin bu gün vəziyyətin kökündən dəyişdiyini qeyd edən Tusk, ölkəsinin artıq NATO və Avropa İttifaqının güclü üzvü olduğunu bildirib. Baş nazir vurğulayıb ki, Polşa müdafiə xərclərinə ÜDM-in təxminən 5 faizini ayırır — bu göstərici Almaniyadan iki dəfə, Fransadan isə iki dəfədən də çoxdur. Hazırda Varşava Avropanın ən qüdrətli ordularından birini formalaşdırır.

Bundan əlavə, Polşa Aİ-nin "SAFE" proqramı çərçivəsində 44 milyard evro vəsait əldə edərək digər üzv ölkələri geridə qoyub və ölkə sərhədlərini qitənin ən yaxşı qorunan sərhədinə çevirib. Donald Tusk Polşanın müharibə axtarmadığını, lakin hər hansı təcavüz olacağı təqdirdə müttəfiqləri ilə birlikdə düşmənə sarsıdıcı cavab verəcəyini bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR