Onlayn ictimai-siyasi qəzet
Macarıstanın "Zalaeqerseq" klubu ölkə çempionatının 9-cu turunda "Níredháza" ilə oyun üçün qeyri-adi şəkildə start heyətini açıqlayıb.
Futbolçuların əvəzinə klub Bogáncs sığınacağından olan 11 itin şəkillərini və adlarını yayıb. Aksiya oktyabrın 4-də qeyd olunan Ümumdünya heyvanlar günü ilə üst-üstə düşmək üçün təşkil edilib.
"Zalaeqerseq" evsiz heyvanlar problemi barədə məlumatlılığı artırmağa və onlara yeni evlər tapmağa kömək etməyə ümid edir.
Daha əvvəl oyunçular, məşqçilər heyəti və klub işçiləri sığınacağa baş çəkib, orada sakinləri ilə vaxt keçirib və itləri gəzdiriblər. Oyundan əvvəl azarkeşlər sığınacağın itləri ilə stadionda görüşmək imkanı əldə edəcəklər.
"Zalaeqerseq" Macarıstan liqasının turnir cədvəlində səkkiz oyundan altı xalla 11-ci, "Níredháza" isə səkkiz xalla onuncu yerdədir.
Komandalar arasında oyun oktyabrın 11-də keçiriləcək. (Lent.az)
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ