Onlayn ictimai-siyasi qəzet
Xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin səhhətində müsbət irəliləyiş var. Əməliyyat olunan sənətçi reanimasiyadan palataya köçürülüb.
Bu barədə tanınmış diktor Şərqiyyə Hüseynova Musavat.com-a açıqlamasında məlumat verib. O bildirib ki, həmkarının vəziyyəti stabildir və hazırda hər hansı narahatlığı yoxdur.
“Ötən gün palataya köçürdülər. Vəziyyəti stabildir. Heç bir narahatlığı yoxdur”, – deyə Şərqiyyə Hüseynova bildirib.
Qeyd edək ki, Ofeliya Sənani bir neçə gün əvvəl küçədə gəzərkən yıxılıb və bud nahiyəsindən xəsarət alıb. Hadisəyə səbəb onun arterial təzyiqinin yüksəlməsi olub. Diktor yıxılma nəticəsində bud nahiyəsindən aldığı xəsarətlə əlaqədar əməliyyat edilib və əməliyyat zamanı ona implant yerləşdirilib.
Şahanə Rəhimli
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ