İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Meksika ilə sərhədə ordu göndərdi

Narkotik kartellərinin hücumu təhlükəsinə görə ABŞ Meksika ilə sərhəddəki Rio Qrande vadisinə yüzlərlə əsgər yerləşdirib.

Musavat.com NewsNation-ın məlumatına istinadən xəbər verir ki, əraziyə təxminən 500 əsgər yerləşdirilib.

Bildirilir ki, bu addım ötən həftəsonu ABŞ Sahil Mühafizəsi heyətinin sərhədin Meksika tərəfindən atəşə tutulduğu Qarseno şəhəri yaxınlığında baş verən hadisə ilə əlaqədar atılıb.

Qeyd edək ki, prezident Donald Tramp seçkiqabağı vədində Meksika ilə sərhədə divar çəkəcəyini vəd etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR