Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Venesuelaya ultimatum verib: neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması müqabilində Rusiya, Çin, İran və Kuba ilə əlaqələrini kəsmək.
ABC News-un məlumatına görə, Donald Tramp administrasiyası Karakasın neft hasilatını və satışını artırmaq üçün icazə müqabilində bir sıra şərtləri yerinə yetirməsini tələb edib. Əsas tələblər arasında dörd ölkə ilə diplomatik və iqtisadi əlaqələrin dayandırılması, eləcə də enerji sektorunda Amerika şirkətləri ilə əməkdaşlığa üstünlük verilməsi var.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezin Vaşinqtondan gələcək tərəfdaşlığın şərtlərini açıqlayan rəsmi təlimatlar aldığı bildirilir. Xüsusilə, ABŞ Venesuelanın ağır neft satışında Amerika şirkətlərinə üstünlük verməsində və onlarla karbohidrogen istehsalı üçün eksklüziv müqavilələr bağlamasında israr edir.
Mənbələrə görə, ABŞ tərəfi razılaşmanın rədd edilməsi halında Venesuela iqtisadiyyatı üçün risklər barədə xəbərdarlıq edib. Vaşinqton hesab edir ki, neft ixracını genişləndirməsə, ölkə yaxın həftələrdə maliyyə böhranı ilə üzləşə bilər.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ