Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Donald Trampın arzusu ilə "Ford" sinfinə məxsus yeni aviadaşıyıcıları İkinci Dünya müharibəsi dövrünün gəmilərinə bənzətmək üçün kütləvi şəkildə yenidən layihələndirmək imkanını nəzərdən keçirir.
Xüsusilə, hərbçilər komanda üstqurumunu ("ada" hissəsini) gəminin arxa hissəsindən mərkəzə daha yaxın yerə köçürməyi araşdırırlar. Belə bir dəyişiklik milyardlarla dollara başa gələ və proqramın icrasını ləngidə bilər.
Siyahıya Trampın daha əvvəl verdiyi başqa bir göstəriş də daxildir: o, müasir elektromaqnit sistemləri (EMALS) əvəzinə gələcək aviadaşıyıcılarda yenidən köhnə buxar katapultlarına qayıdılmasını tələb edib. Bu sistemlər reaktiv təyyarələrin uçuş göyərtəsindən səmaya qalxmasını təmin edir.
"The Washington Post" nəşrinin məlumatına görə, ABŞ HDQ hələ Trampın birinci prezidentlik müddətində "ada"nın yerinin dəyişdirilməsini nəzərdən keçirmişdi. O zaman aparılan təhlil göstərmişdi ki, bu addım böyük xərclər tələb edəcək və tikinti qrafikini alt-üst edəcək.
Qeyd edək ki, hazırda "Ford" sinfindən olan 10-a qədər aviadaşıyıcının tikintisi planlaşdırılır. Gələcəkdə onların hər birinin dəyəri 22 milyard dollara çata bilər.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ