İnsanlara hürriyət, millətlərə istiqlal!

Ad günü şənliyində yaralanan rus general öldü - VİDEO

Moskvanın “Balzi Rossi” restoranında baş verən partlayışda yaralanan Rusiya Aerokosmik Qüvvələrinin general-mayoru Valeri Ploxotnyuk vəfat edib.

Bu barədə Rusiya mətbuatı yazıb.

Qeyd olunur ki, general müalicə aldığı xəstəxanada dünyasını dəyişib, o, ötən gün Moskvada dəfn olunub.

Ploxotnyuk 2011-ci ildən 2013-cü ilə qədər Dnestryanıda Rusiya Qüvvələrinin Əməliyyat Qrupuna komandanlıq edib. 2022-ci ildən etibarən o, bölmələri Xerson və Zaporojye sektorlarında fəaliyyət göstərən 49-cu Ordunun Qərargah rəisi olub.

Bildirək ki, avqustun 1-də Rusiya Aerokosmik Qüvvələrinin komandanı general Aleksandr Çaykonun ad gününün keçirildiyi “Balzi Rossi” restoranında partlayış baş verib. Hadisə nəticəsində generalın kürəkəni Daniil Peredrin həlak olub. Bəzi rus teleqram kanallarında generalın sağ olduğu, lakin bəzi hərbi komandirlərin və mühafizəçinin öldüyü, xeyli sayda yaralının olduğu iddia edilib. Rusiya rəsmiləri məlumatı hələ təsdiqləməyib./Unikal/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR