Onlayn ictimai-siyasi qəzet
Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) iki gəmisi Hörmüz boğazında hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, şirkətin bununla bağlı açıqlamasını BƏƏ-nin WAM xəbər agentliyi yayıb. Açıqlamaya görə, itki olmayıb:"13 avqust axşamı şirkətin iki gəmisi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb və vəziyyət nəzarət altındadır".
BƏƏ Xarici İşlər Nazirliyi öz növbəsində hücuma görə İranı günahlandırıb. Əbu-Dabi həmçinin Tehrandan təcavüzkar hərəkətlərini dayandırmasını və "boğazı tam və qeyd-şərtsiz açmasını" tələb edib.
8 avqustda da Hörmüz boğazında ADNOC gəmisinə raket zərbəsi endirilib. Şirkətin məlumatına görə, heç kim xəsarət almayıb.
Bir gün əvvəl ADNOC regionda münaqişənin başlanğıcından bəri Hörmüz boğazında 15 gəmisinə raket və dron hücumu edildiyini bildirib. Bu hücumlar nəticəsində bir heyət üzvü həlak olub, 20 nəfər yaralanıb.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ