İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşaqdan XƏBƏR VAR

Ağcabədi rayonunun Aşağı Avşar kəndində bıçaqlanan 7 yaşlı uşaq evə buraxılıb.

Bu barədə Musavat.com-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

“04.02.2026-cı il tarixində saat 18:00-da hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlıya göstərilən zəruri tibbi xidmətdən və həkimlərin çoxsaylı səylərindən sonra pasiyent kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, tibb müəssisəsinə şiddətli qanaxma ilə daxil olan azyaşlı üzərində cərrahi əməliyyat icra olunub. Əməliyyatdan sonra Reanimasiya şöbəsində müvafiq medikamentoz müalicə tədbirləri uğurla davam etdirilib.

Xatırladaq ki, Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilmişdi ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 12 yaşı olduğu bildirilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR