Onlayn ictimai-siyasi qəzet
Saç tökülməsinə qarşı mübarizədə elm adamları yeni və gözlənilməz texnoloji həll təklif ediblər.
Musavat.com xəbər verir ki, KAIST alimləri Honkonq Elm və Texnologiya Universiteti ilə birgə “ağıllı” baş geyimi hazırlayıblar.
Yeni şapkanın daxilində üzvi işıq diodları (OLED) quraşdırılıb. Bu diodlar infraqırmızı şüalanma yayaraq birbaşa saç follikullarına təsir göstərir. Tədqiqatçıların bildirdiyinə görə, belə stimulyasiya baş dərisi hüceyrələrinin qocalma prosesini ləngidir və saç tökülməsini zəiflədə bilir.
Laboratoriya şəraitində aparılan sınaqlar zamanı metodun effektivliyi təxminən 92 faiz səviyyəsində qiymətləndirilib. Mütəxəssislər hesab edirlər ki, bu texnologiya gələcəkdə dərman və ya cərrahi müdaxilə olmadan tətbiq edilə bilən alternativ saç bərpa üsulu kimi geniş istifadə oluna bilər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ