Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Moskvanın hərbi əməliyyatları maliyyələşdirmək imkanlarının, xüsusən də onun "kölgə donanması" hesabına daha da məhdudlaşdırılmasının vacibliyini bildirib.
Musavat.com xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri bu addımların Rusiyanın enerji gəlirlərinə ağır zərbə vuracağını vurğulayıb.
Kaya Kallas Aİ-nin dəniz təhlükəsizliyi Missiyası ("IRINI" əməliyyatı) çərçivəsində son aylarda Rusiya ilə əlaqəli altı gəmidə rəsmi yoxlama və baxış keçirildiyini diqqətə çatdırıb. Ali nümayəndə əlavə edib ki, Rusiyanın kölgə donanmasına qarşı mübarizəni gücləndirmək üçün Aİ-nin ümumi missiyaları ilə yanaşı, üzv dövlətlərin milli səviyyədə həyata keçirdiyi gəmi yoxlama əməliyyatları da parallel şəkildə davam etdirilməlidir.
Avropa diplomatının bu bəyanatı Aİ-nin Rusiya neftinin və digər strateji malların sanksiyalardan yan keçməklə daşınmasının qarşısını almaq üçün dəniz nəzarəti mexanizmlərini daha da sertləşdirəcəyini göstərir.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ