İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran müharibəsi Rusiyaya milyardlar qazandırdı

Çin Baş Gömrük İdarəsi 2026-cı ilin 9 ayı üzrə xarici ticarət statistikasını açıqlayıb.

Musavat.com komitənin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə Çin-ABŞ ticarət həcmi 462,54 milyard dollara çatıb ki, bu da illik müqayisədə 8,6 faiz artım deməkdir.

Statistikaya görə, hesabat dövründə Çinin ABŞ-a ixracı 9,8 faiz artımla 348,19 milyard dollar, ABŞ-dan mal idxalı isə 5,2 faiz artımla 114,35 milyard dollar təşkil edib.

Gömrük Baş İdarəsinin məlumatına görə, Çin-Avropa İttifaqı ticarət həcmi yanvar-sentyabr aylarında illik müqayisədə 12,9 faiz artaraq 693,57 milyard dollara çatıb.

Dərc olunmuş məlumatlara görə, hesabat dövründə Çinin Aİ-yə mal ixracı 16,4 faiz artımla 485,43 milyard dollara çatıb. Avropa İttifaqından Çinə məhsul ixracı isə 5,5 faiz artaraq 208,14 milyard dollara çatıb.

Çinin digər böyük ticarət tərəfdaşı Rusiya ilə alveri 9 ayda 30,6 faiz artaraq 214,3 milyard dollara çatıb. Bu dövrdə Çinin Rusiyaya ixracı 33,1 faiz artaraq 98,06 milyard dollar, Rusiya məhsullarının Çinə idxalı isə 28,6 faiz artaraq 116,24 milyard dollar təşkil edib.

Çinin Rusiyadan idxalının 90 faizini neft-qaz, daş kömür təşkil edir. Bu il idxalın artmasına ABŞ-İran münaqişəsi fonunda İrandan neft ixracının sıfıra düşməsi mühüm rol oynayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR