İnsanlara hürriyət, millətlərə istiqlal!

Meyitdən ürək köçürülən Rəşad antiterror əməliyyatında iştirak edibmiş

Azərbaycanda ilk dəfə meyit donorun ürəyinin köçürüldüyü Rəşad Məmmədəliyev vəfat edib.

Musavat.com xəbər verir ki, Tovuz rayonundan olan Rəşad Məmmədliyev Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin “Elektrik təchizatı” ixtisası üzrə III kurs tələbəsi olub.

O, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatında iştirak edib.

Qeyd edək ki, 2025-ci il oktyabrın 31-də Azərbaycanda ilk dəfə meyit donordan ürək transplantasiyası həyata keçirilib. Donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz sakini Rəşad Məmmədəliyevə köçürülüb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR