İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiyaya qarşı yeni sanksiya paketini tezliklə hazır edəcək – Türkiyə ilə danışıqlar aparılır

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiya paketi bir neçə həftəyə hazır olacaq.

Musavat.com xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Berlində Kipr Prezidenti Nikos Xristodulides ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yeni paket əsasən  sanksiyalardan yayınmaların qarşısının alınmasına yönələcək: “Biz sanksiyalardan yayınmaya şərait yaradılmasını pisləyirik; bu boşluqların aradan qaldırılmasını və ya hər halda azaldılmasını təmin etmək istəyirik. Biz bunu Türkiyə hökuməti ilə daim müzakirə edirik. Və yaxın həftələrdə Avropa İttifaqında yeni sanksiyalar paketi hazırlayacağıq. Bir boşluğu digərinin ardınca bağlamağa çalışacağıq. Türkiyə hökuməti bunu bilir və biz onlardan bunu gözləyirik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR