Onlayn ictimai-siyasi qəzet
Venesuelanın Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxıb-çıxmaması ilə bağlı qərar yalnız bu ölkənin rəhbərliyi tərəfindən verilməlidir.
Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşündə deyib: "Bu, onlardan asılıdır. Venesuela ilə əla münasibətlərimiz var. Biz müəyyən mənada bir komandayıq".
Amerika liderinin sözlərinə görə, ABŞ milyonlarla barel Venesuela nefti alır: "Bidə bundan sərvət qazanırıq, onlar da".
Bloomberg daha əvvəl mənbələrə istinadən bildirib ki, Venesuela OPEC-dən çıxmağı ciddi şəkildə nəzərdən keçirir. Mənbələrə görə, Karakas bu məsələni ABŞ rəsmiləri ilə müzakirə edib, lakin hələlik yekun qərar verilməyib. Agentlik qeyd edib ki, Venesuelanın OPEC-dən çıxması ABŞ və digər ölkələrdən olan beynəlxalq neft şirkətlərinin ölkədə daha geniş iştirakına yol aça bilər.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ