İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - VİDEO

Türkiyənin tanınmış aktyoru Halil Ergün mərhum sənətçi Gülşen Tuncerin dəfn mərasimində iştirak edib.

Aktyor mərasim üçün Şişli Camiinə gəlib. Burada jurnalistlərin suallarını cavablandıran Halil Ergün emosional anlar yaşayıb və göz yaşlarına hakim ola bilməyib.

Ergün mərhum sənətçi ilə bağlı xatirələrini bölüşərkən duyğulanıb. Aktyorun kövrək anları kameralara düşüb.

Görüntülər sosial şəbəkələrdə də paylaşılıb və izləyicilərin diqqətini çəkib.

Xatırladaq ki,  Halil Ergün "Yaprak dökümü" serialında "Ali Rza" obrazı ilə izləyicilərin rəğbətini qazanmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR