İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya özbək sürücüləri işə götürür

Almaniya Özbəkistandan avtobus və yük maşını sürücülərini işə götürməyə başlayıb və ölkə daxilində 300 vakansiya açıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, SBH West GmbH şirkəti Özbəkistanın Xarici Əmək Miqrasiyası Agentliyi ilə ixtisaslı mütəxəssislərin cəlb edilməsi üçün əməkdaşlıq etmək barədə razılığa gəlib. Proqramın məqsədi 21 yaşdan 44 yaşa qədər, cinayət qeydləri və ya ciddi sağlamlıq problemləri olmayan vətəndaşları işə götürməkdir.

Namizədlər BC, CE və ya D sürücülük vəsiqəsinə malik olmalı və ən azı A2 və ya B1 səviyyədə alman dili biliyinə malik olmalıdırlar. Seçildikdən sonra, namizədlər Almaniyada işə başlamazdan əvvəl hazırlıq dil kursları və avtobus simulyatorları üzrə təlim keçəcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR