Onlayn ictimai-siyasi qəzet
Venesuela ilə ABŞ arasında energetika sahəsində əldə olunmuş iri miqyaslı neft sazişi 25 il müddətinə qüvvədə olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges dövlət televiziyasında canlı yayımlanan müraciəti zamanı bildirib.
Ölkə rəhbərinin sözlərinə görə, bu 25 illik ikitərəfli layihə çərçivəsində gündəlik 1.5 milyon barel hasilat həcmi ilə 17 strateji neft yatağının işlənilməsi nəzərdə tutulur. Rodriges dəqiqləşdirib ki, günə 1.5 milyon barel göstəricisi yalnız başlangıc mərhələsidir, çünki növbəti mərhələlərdə daha səkkiz neft yatağının da istismara verilməsi planlaşdırılır.
Sazişin iqtisadi səmərəliliyini qiymətləndirən müvəqqəti prezident qeyd edib ki, neftin bir barelinin qiyməti 65 dollar götürülərsə, layihənin icrası Venesuelaya ümumilikdə 209 milyard dollar gəlir gətirəcək və satılan hər bareldən 19 dollar birbaşa Venesuelanın dövlət büdcəsinə daxil olacaq.
Delsi Rodriges vurğulayıb ki, Venesuela öz təbii sərvətləri üzərində suverenliyini və nəzarətini tam saxlayacaq, eyni zamanda ABŞ sanksiyalarından zərər görmüş neft sektorunun modernləşdirilməsi üçün lazım olan kapitalı, müasir texnologiyaları və bilikləri əldə edəcək.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ