Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uoltz (Mike Waltz) "Fox News" telekanalına verdiyi müsahibəsində İrana qarşı beynəlxalq mövqe ilə bağlı kəskin və ultimatum xarakterli bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, amerikalı diplomat digər ölkələri açıq seçim etməyə çağıraraq, "Siz ya bizə qarşısınız, ya da bizim tərəfimizdəsiniz" fikrini səsləndirib. Uoltz əlavə edib ki, mövcud şəraitdə İranın tərəfində yer almaq heç bir dövlətin milli maraqlarına uyğun gəlmir.
Diplomat müsahibəsində Prezident Donald Trampın siyasətinə də toxunaraq vurğulayıb ki, Ağ Ev rəhbəri sülh tərəfdarı olan liderdir və hər zaman diplomatiyanı, danışıqlar prosesini birinci yerə qoyur.
Lakin buna baxmayaraq, Vaşinqtonun regional təhlükəsizlik və İranın təhdidləri qarşısında geri addım atmayacağını bildirən daimi nümayəndə, müttəfiqləri və tərəfsiz mövqe tutan ölkələri ABŞ-ın yürütdüyü xəttə tam dəstək verməyə səsləyib.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ