İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya XİN rəhbəri: “Türkiyə Aİ-yə üzv olmaq istəsə...” - VİDEO

Türkiyənin Avropa İttifaqına üzv olmaq istəyi yenidən gündəmə gəlsə, Berlin Ankaranın yanında duracaq.

Musavat.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.

Nazir bildirib ki, Almaniya Türkiyəni həm strateji, həm də siyasi müttəfiq kimi görür və münasibətlərin dərinləşməsini dəstəkləməyə hazırdır.

Vadefulun sözlərinə görə, Aİ-Türkiyə münasibətlərində zaman-zaman gərginliklər yaşansa da, Ankara Avropanın təhlükəsizliyi və enerji marşrutları üçün əvəzsiz tərəfdaşdır.

Nazir bildirib ki, Almaniya Türkiyənin üzvülüyü məsələsində “etibarlı və dost mövqedə” qalacağını açıq şəkildə ifadə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR