Onlayn ictimai-siyasi qəzet
Almaniyada hərbi xidmət keçmək məcburiyyətində qalan 23-60 yaş arası ukraynalı kişilərə müvəqqəti qoruma statusu vermək proseduru dəyişib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir.
Avropa İttifaqı Şurasının son qərarına uyğun olaraq, yeni məhdudiyyət 31 iyul 2026-cı ildən Almaniyaya gələn ukraynalı kişilərə şamil ediləcək.
Müvəqqəti qoruma statusu almaq üçün onlar Ukrayna ərazisini qanuni olaraq tərk etdiklərini və ya rəsmi olaraq hərbi xidmətdən azad edildiklərini təsdiqləyən sənədlər təqdim etməlidirlər.
Yeni prosedur əvvəllər Almaniyada müvəqqəti qorunma statusu almış ukraynalı kişilərə şamil edilməyəcək.
Eyni zamanda, nazirlik vurğulayıb ki, Ukraynada hərbi xidmət öhdəliklərinin olması özlüyündə qaçqın statusu vermək üçün kifayət qədər əsas deyil.
Almaniya Daxili İşlər Nazirliyi həmçinin bildirib ki, ölkə ərazisində qanunsuz yaşayan Ukrayna vətəndaşları deportasiya edilə bilər.
Avropa İttifaqı bu yaxınlarda Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı səbəbindən ölkədən qaçan ukraynalılar üçün müvəqqəti qorunma rejimini 2028-ci ilin mart ayına qədər uzadıb.
Bu status Ukrayna vətəndaşlarına Aİ üzvü olan dövlətlərində qanuni yaşamağa və işləməyə imkan verir.
Lakin Avropa İttifaqı Şurasının qərarına görə, Ukrayna qanunvericiliyinə əsasən hərbi öhdəliklərini yerinə yetirdiklərini sübut edə bilməyən yeni gələn kişilərə artıq bu status avtomatik olaraq verilməyəcək.
Qərarda qeyd olunur ki, belə bir tələb Ukraynanın hazırkı müdafiə ehtiyacları nəzərə alınmaqla tətbiq olunur.
Hər bir Aİ üzv dövləti ukraynalı kişilərin müvəqqəti qorunma almaq üçün hansı sənədləri təqdim etməli olduqlarını müstəqil şəkildə müəyyən edir.
Musavat.com
15 Avqust 2026
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ