Onlayn ictimai-siyasi qəzet
Almaniya parlamentinn Büdcə Komitəsi 2026-cı il üçün hərbi büdcəni təsdiqləyib.
Musavat.com xəbər verir ki, məlumatı Almaniya Müdafiə Nazirliyi açıqlayıb. Məlumata görə, gələn il ölkənin hərbi büdcəsi 108,2 milyard avro olacaq.
Sənəddə qeyd olunur ki, ümumi maliyyələşdirmə 108 milyard avronu keçib ki, bu da Federal Hökumətin yenilənmiş planlarına uyğundur.
Bundestaq aydınlaşdırıb ki, bu məbləğə adi müdafiə büdcəsindən 82,69 milyard avro və 2022-ci ildə yaradılmış xüsusi Bundesver fondundan əlavə 25,51 milyard avro daxil olacaq.
Almaniya Müdafiə Nazirliyi qeyd edib ki, qurumun dəyişmiş prioritetləri səbəbindən komandanlıq zirehli texnika və dəstək maşınlarının tədarükünü artırmaq istəyir. Mətbuat açıqlamasında Puma və Schakal piyada döyüş maşınlarından, eləcə də GTK Boxer döyüş təkərli zirehli texnikalarından bəhs olunur. Hərbi planlaşdırıcılar həmçinin pilotsuz sistemlərin tədarükünə və peyk rabitə imkanlarının genişləndirilməsinə diqqət yetirirlər.
Nazirlik Bundesverin say tərkibinin artırılması planları çərçivəsində 460.000 hərbçi üçün forma və döyüş texnikasının alınmasının tələb olunduğunu bildirir.
Bundestaq layihənin təsdiqlənməsi ilə bağlı səsverməni 24-28 noyabr tarixlərində keçirəcək.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ