İnsanlara hürriyət, millətlərə istiqlal!

Altı ayda Azərbaycan 233,4 milyon dollar xarici borc qaytarıb

2026-cı il 01 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib.

Musavat.com Maliyyə Nazirliyinin statistik bülleteninə istinadən xəbər verir ki, xarici dövlət borcu 2026-cı il üzrə 130.873,5 milyon manat (76.984,4 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırlan ÜDM-in 6,0 faizinə bərabər olub.

Xarici dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon ABŞ dolları və ya 4,1 faiz azalıb. 2026-cı ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində 57,1 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə zəifləməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 20,4 milyon ABŞ dolları məbləğində azalması müqabilində 233,4 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib.

2026-cı ilin 01 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR