İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasının Eldəniz Məmmədovla bağlı arzusu - VİDEO

"Nəvə övladdan şirin olmur. Amma adamın ömrünü uzadır. Hər saniyə onu fikirləşirsən. Çox uşaq sevən insanam. Milliyətindən asılı olmayaraq harada uşaq görürəmsə, öpürəm. Uşağı sevmək lazımdır".

Bu sözləri müğənni Eldəniz Məmmədov "Qonaqcanlı" verilişində deyib. 

Ad gününü qeyd edən E.Məmmədovun anası da proqramda onunla bağlı arzusunu bildirib:

"Məndən olsa, Xankəndiyə gedər. Dünyada arzum odur ki, Eldəniz işə girsin. Valideynlər var ki, deyir, Eldəniz orada çalışsın uşağımızı göndərək ora".

Eldəniz isə "Orada çalışmaq üçün magistratura oxumalıyam. Onu da oxuya bilmirəm" cavabını verib.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR