Onlayn ictimai-siyasi qəzet
Avropanı bürüyən rekord istilər gündəlik həyata ciddi təsir göstərməkdə davam edir.
Musavat.com xəbər verir ki, İtaliyanın Verona şəhərində və Almaniyanın Berlin şəhərində sakinlər yüksək temperatur səbəbindən svetoforların plastik hissələrinin əriyərək deformasiyaya uğramasını videoya çəkiblər.
Almaniya, İtaliya, İspaniya və Fransanın bəzi bölgələrində havanın temperaturu +40 dərəcəni keçib.
Həddindən artıq isti səbəbindən asfalt örtüyü zədələnir, magistral yollarda isə yol örtüyünün çatlaması halları qeydə alınır.
@@TVmusavat/149733@@
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ