Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bu gün Azərbaycana rəsmi səfərə gəlib.
Musavat.com xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Bununla yanaşı, A.Koşta “X” hesabında Bakıya səfəri ilə bağlı paylaşım edib.
O, paylaşımında bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcəyini vurğulayıb.
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ