Onlayn ictimai-siyasi qəzet
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib.
Görüş zamanı Armen Qriqoryan və Maqdalena Qrono Ermənistanla Azərbaycan arasında qurulan sülh prosesi və son hadisələri də müzakirə ediblər. Bu kontekstdə Qriqoryan regional əlaqə və infrastruktur inkişafı istiqamətində həyata keçirilən proqramları, eləcə də Ermənistanın sülhün təsis edilməsinə yönəlmiş səylərini təqdim edib.
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ