İnsanlara hürriyət, millətlərə istiqlal!

Asiya İnkişaf Bankından İrəvana pis xəbər

Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər və Yaxın Şərqdəki münaqişə səbəbindən regional ticarətdə yaranan fasilələr Ermənistanın iqtisadi artımını tormozlayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Asiya İnkişaf Bankının (AİB) dərc etdiyi son tədqiqat hesabatına istinadən məlumat yayıb.

Bank Ermənistanın ÜDM artımı ilə bağlı bu ilin iyul ayında verilmiş aşağı proqnozu — 5% səviyyəsində təsdiqləyib, 2027-ci il üçün isə iqtisadi artımın 5,5% olacağını proqnozlaşdırıb.

Tədqiqatda həmçinin vurğulanır ki, ilin birinci yarısında Ermənistana qoyulan ümumi investisiyaların artım tempi kəskin şəkildə ləngiyərək cəmi 0,4% təşkil edib. Bu ləngimə ölkənin xarici şoklara və regional sabitlik problemlərinə qarşı həssaslığını bir daha nümayiş etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR