Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Ermənistan vasitəsilə Türkiyəyə yeni ticarət marşrutu aça bilər.
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin iqtisadiyyat naziri Serik Jumanqarin bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən marşrut Astanaya Türkiyə limanlarına birbaşa çıxış imkanı verəcək.
“Hazırda biz Azərbaycan vasitəsilə Gürcüstana, Qara dəniz limanlarına gedirik. Yeni marşrut isə Naxçıvana çıxmağa, oradan isə dərhal Türkiyəyə, onun dəniz limanlarına keçməyə imkan verəcək”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi səfərlə Qazaxıstandadır.
Musavat.com
29 Avqust 2026
08:51 ABŞ-da Sorosun təşkilatlarının maliyyə fəaliyyəti yoxlanacaq – Nazirlik xüsusi plan hazırlayıb
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ