İnsanlara hürriyət, millətlərə istiqlal!

Sakit okeanda Ekvador narkokartellərinin gəmilərinə yanacaq yükləyən tanker batırıldı

ABŞ hərbçiləri Şərqi Sakit Okeanda Ekvador narkotik kartelinin istifadə etdiyi gəmini ələ keçirib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Ordusunun Cənub Komandanlığı X hesabında açıqlayıb. Bildirilir ki, heyət üzvlərini yoxladıqdan və saxladıqdan sonra gəmi batırılıb: "ABŞ dəniz piyadaları və dənizçiləri USS San Antonio gəmisindən saxlanılan gəmiyı çıxıb, gəmini ələ keçirib, yoxlayıb və təmizləyiblər. Əməliyyat insidentsiz başa çatıb. Gəmidə olanlar Ekvadora aparılıb. Əməliyyat başa çatdıqdan sonra ABŞ hərbçiləri gəmini batırıblar".

Əməliyyat "Ekvador hökuməti ilə koordinasiya və əməkdaşlıq çərçivəsində" həyata keçirilib. ABŞ Cənub Komandanlığının məlumatına görə, sözügedən gəmi üzən yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərib və Sakit Okeanın beynəlxalq sularında narkotik qaçaqmalçılığı üçün istifadə olunub: "Kəşfiyyat gəminin Ekvadorun ən böyük narkotik kartellərindən biri olan “Los Choneros” adından fəaliyyət göstərdiyini təsdiqləyib".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR