İnsanlara hürriyət, millətlərə istiqlal!

Atatürkün partiyasında BÖHRAN: İmamoğlu niyə getdi?

Türkiyə müxalifətində “sular durulmur”. Cümhuriyyət Xalq Partiyasının (CHP) son dövrlərdə əsas aparıcı simasına çevrilən, hazırda həbs həyatı yaşayan Əkrəm İmamoğlu 17 il siyasi fəaliyyət göstərdiyi təşkilatından ayrılıb.

İmamoğlu: "Özel ve Kılıçdaroğlu birlikte operasyonları bertaraf edecekler"

Şübhəsiz ki, onun partiyadan getməsi təkcə bir siyasətçinin siyasi mənsubiyyətini dəyişməsi deyil. Çünki söhbət illər ərzində CHP daxilində mühüm siyasi çəki qazanan, İstanbul kimi Türkiyənin ən böyük şəhərində seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğanın əsas namizədlərini iki dəfə ard-arda məğlub edən, əhalinin 18 faizinin yaşadığı şəhərin idarə olunmasında ön plana çıxan və müxalifətin əsas simalarından birinə çevrilən şəxsdən gedir.

İstənilən halda İmamoğlunun gedişi özü ilə bərabər çoxsaylı suallara da yol açıb. Bu da səbəbsiz deyil. Çünki o, CHP-nin qarşıdan gələn prezident seçkilərində namizədi idi. Burada bir məqam da xüsusi diqqət çəkir. Belə ki, siyasi dəhlizlərdə günlər öncə CHP-dən istefa verən keçmiş sədr Özgür Özəlin elan etdiyi Yeni Partiyanın əslində İmamoğlunun projesi olduğu iddia edilir.

Siyasət yazarı Kənan Rövşənoğlu da Musavat.com-a deyib ki, CHP-də Özəlin sədr seçilməsi İmamoğlunun planı idi. “Yəni iki siyasətçi ittifaq qurub Kamal Kılıçdaroğlunu uzaqlaşdırdılar. Bu gün Yeni Partiya yaradılırsa, çox güman ki, elə İmamoğlunun planıdır. Bu mənada İstanbul merinin CHP-dən ayrılması gözlənilən idi. Pis olan 100 illik tarixə sahib bir partiyanın parçalanmasıdır”, - təhlilçi qeyd edib.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib | Modern.az

K.Rövşənoğlu CHP-nin Ankaradan olan bələdiyyə başqanı və İmamoğluna daim yaxınlığı ilə seçilən Mənsur Yavaş məsələsinə isə belə şərh verib: “Yavaş və İmamoğlu arasında bu məsələdə fərq var. Əvvəla, Yavaş birbaşa Kılıçdaroğlu ilə danışıqlar və razılaşma ilə CHP-yə keçib. Daha sonra Ankaranın bələdiyyə sədri postuna namizədliyi irəli sürülüb. Yəni Yavaşın situasiyası İmamoğludan fərqlənir. İkincisi, Yavaş daha təmkinli və soyuqqanlı siyasətçidir. Güman ki, vəziyyətin tam aydınlaşmasını gözləyir”.


Cavanşir Abbaslı
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR