İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Ukraynaya 6 milyard avro ayırdı

Avropa Komissiyası Rusiya aktivlərindən əldə edilən gəlir hesabına qaytarılması şərtilə -  ERA kredit xətti çərçivəsində Ukraynaya təxminən 6 milyard avro vəsait ayrıldığını elan edib.

Musavat.com xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bunu Avropa Parlamentindəki çıxışında açıqlayıb: "Bu gün ERA proqramı çərçivəsində Ukraynaya 6 milyard avro vəsait ayrıldığını elan edirik".

Qeyd edək ki, bu kredit xəttinin ümumi məbləği 45 milyard avroya qədərdir və G7 ölkələri tərəfindən dondurulmuş Rusiya aktivlərinin yenidən investisiya qoyuluşundan əldə edilən gəlirdən istifadə etməklə təmin edilir.

AK prezidenti bildirib ki, Avropa Komissiyasının əsas məqsədi Ukraynadakı müharibəsi ilə bağlı Rusiyanın xərclərini artırmaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR