İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın ürəyi çökdü: anarxistlər Berlini 4 gündür qaranlıqda saxlayır

Berlinin cənub-qərb hissəsi şaxtalı hava şəraitində artıq dörd gündür sabit elektrik təchizatından məhrumdur. Paytaxt infrastrukturuna qarşı solçu anarxistlərin hücumu nəticəsində minlərlə ev və müəssisə işıqsız qalıb.

Musavat.com xəbər verir ki, Stromnetz Berlin operatorunun 6 yanvar axşamına olan məlumatına əsasən, hazırda təxminən 25 500 ev və 1200-ə yaxın müəssisə hələ də elektrik enerjisi ilə təmin olunmur.

Berlinin Lixtenfelde rayonunda yerləşən yarımstansiyaya edilən hücumun məsuliyyətini Vulkan adlı ultra-sol radikal qruplaşma öz üzərinə götürüb. Qeyd olunur ki, oxşar diversiya bir neçə ay əvvəl də Berlin infrastrukturuna qarşı həyata keçirilmişdi.

Berlinin burqomistri Kay Veqnerin sözlərinə görə, elektrik kəsintiləri ümumilikdə 100 minə yaxın sakinə, yəni paytaxt əhalisinin təxminən 3 faizinə təsir edib. Hadisə səbəbindən 20 məktəb bağlanıb.

İlkin mərhələdə, mənfi temperatur fonunda 50 minə qədər ev təsərrüfatı və təxminən 2000 müəssisə işıqsız qalmışdı. Enerji şirkəti bərpa işlərinin 8 yanvar axşamına qədər tam başa çatdırılacağını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR