Onlayn ictimai-siyasi qəzet
Avstraliyada strateji əhəmiyyətli hərbi hava bazası üzərində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb.
Musavat.com xəbər verir ki, bazada F-35A qırıcıları və E-7A "Wedgetail" tipli uzaqdan aşkarlama və idarəetmə təyyarələri yerləşir.
Dronlar məhv edilməyib.
İnsidentdən sonra baza komandirləri personal üçün "pəncərələrdəki jalüzləri bağlayın" əmrini verib. Məqsəd mümkün məlumat sızmasının qarşısını almaq olub.
Hərbçilər dronları kimin və hansı məqsədlə uçuşu qadağan olunmuş zonaya qaldırdığını bilmir. Yerli polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ