İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobus terrorunda ölən olmayıb – Suriya DİN

Suriya Daxili İşlər Nazirliyi Dəməşq ətrafında mikroavtobus partlayışında ölənlər barədə məlumatları təkzib edib.

Musavat.com xəbər verir ki, müvafiq bəyanat nazirliyin Telegram kanalında dərc edilib: "Daxili İşlər Nazirliyi Cərəman ətrafında 14 mülki şəxsin yaralanması ilə nəticələnən partlayışla bağlı araşdırmanı davam etdirir".
Suriya paytaxtının səhiyyə departamenti də ölənlər barədə məlumatları təkzib edib.

Dəməşqin kənarında hadisə dünən axşam baş verib. İlkin məlumatlara görə, mikroavtobusa partlayıcı qurğu yerləşdirilib. Əl-İxbariya TV iki nəfərin öldüyünü, 13 nəfərin isə yaralandığını iddia edib.

Hələlik heç bir terror təşkilatı hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR