İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisinin kapitanı: "Böyükhesablı məğlubiyyətə görə çox utanırıq"

Futbol üzrə Azərbaycan yığmasının üzvləri böyükhesablı məğlubiyyətə görə utanc hissi keçirirlər.

"Report"un Reykyavikə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.

O, DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb:

"Belə nəticəyə görə çox utanırıq. Bu hesabla uduzmamalı idik. Hesabın bu qədər böyük olacağını düşünməmişdik. Azarkeşlərdən üzr istəyirəm. Onlar elə bilməsinlər ki, bu cür məğlubiyyətlərdən sonra biz sevinirik".

Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR