Onlayn ictimai-siyasi qəzet
2025 Azərbaycan-İran münasibətləri üçün çox önəmli il olub.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının XİN rəhbəri Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, iki ölkə arasında keçirlən görüşlər nəticəsində mühüm razılaşmalar əldə olunub:
“Bugünkü görüşdə əldə olunan razılaşmalar barədə müzakirələr aparmaq imkanımız oldu. Bir çox sahədə, o cümlədən regional və qlobal səviyyədə əməkdaşlıq davam edir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ