Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın bu gün tətbiq etdiyi dövlət-din münasibətləri modeli bizim milli sərvətimizdir.
Musavat.com xəbər verir ki, bu barədə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Azərbaycan din xadimlərinin Forumunda çıxışı zamanı çıxışında bildirib.
O qeyd edib ki, biz fəxr edirik ki, ölkəmizdə məscidlərin, kilsələrin və sinaqoqların qapıları hər kəsin üzünə eyni səmimiyyətlə açılır və bu ibadətgahların hər biri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur. Tolerantlıq və multikulturalizm bizim şərəfli keçmişimiz olduğu qədər, həm də parlaq və firavan gələcəyimizin zəmanətidir:
"Dövlətimizin qüdrətlənməsi, xalqımızın birliyinin daha da möhkəmlənməsi və multikultural dəyərlərimizin bütün dünyada təbliği naminə birlikdə, daha da əzmlə çalışmalıyıq. Çünki bu mənəvi bütövlüyü qorumaq hər birimizin müqəddəs vətəndaşlıq borcu və əcdadlarımızdan miras qalan müqəddəs missiyadır".
Etibar Seyidağa,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ